Əsas Səhifə > Dünya > Tramp federal hokümətin işini növbəti dəfə dayandıracağını istisna etməyib

Tramp federal hokümətin işini növbəti dəfə dayandıracağını istisna etməyib


28-01-2019, 09:02
Tramp federal hokümətin işini növbəti dəfə dayandıracağını istisna etməyib
ABŞ prezidenti Donald Tramp üç həftə sonra Konqresin Meksika ilə sərhəddə divarın inşa edilməsinə lazımlı vəsait ayırmayacağı təqdirdə federal hokümətin işini növbəti dəfə dayandıracağını istisna etməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda dövlət başçısı "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.

Qəzetin dövlət başçısının hökumətin növbəti "şatdaun"unu istisna edib-etməyəcəyi barədə sualına cavabında Tramp bildirib ki, hadisələrin bu cür inkişafı şübhəsiz variantlardan biridir.

Tramp ötən həftənin cümə günü fəaliyyətini büdcə böhranına görə ölkə üçün rekord - 35 gündə dayandırmış hökumətin işinin 15 fevrala qədər bərpası üçün pul vəsaitlərinin ayrılması haqqında qanun layihəsini imzalayıb.

Daha əvvəl Birləşmiş Ştatların prezidenti bildirib ki, o, federal hokümətin işini yeniləməsi ilə bağlı fərman imzalayacaq.

Geri qayıt