Əsas Səhifə > Dünya > Quaydo hərbçilərlə Maduro əleyhinə gizli danışıqlardan bəhs edib

Quaydo hərbçilərlə Maduro əleyhinə gizli danışıqlardan bəhs edib


28-01-2019, 09:17
Quaydo hərbçilərlə Maduro əleyhinə gizli danışıqlardan bəhs edib
Venesuela müxalifətinin lideri, özünü ölkənin müvəqqəti prezidenti vəzifəsinin icraçısı elan etmiş Xuan Quaydo bildirib ki, müxalifət hərbçilərlə və məmurlarla prezident Nikolas Maduronu hakimiyyətdən kənar etmək üçün danışıqlar aparır.

"Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Quaydonun sözlərinə görə, tərəflər arasında ünsiyyət gizlidir və şəxsi təhlükəsizliklə bağlı "çox həssas mövzu"ya aiddir.

O, qeyd edib ki, müxalifət diqqəti cəlb etmədən hərbi qulluqçularıla görüş keçirir. Özünü prezident elan etmiş müxalifətçi tərəfdarlarını yanvarın 30-da və fevralın 2-də küçələrə çıxmağa çağırıb.

Xatırladaq ki, Quaydo yanvarın 23-də, Venesuelada müxalifətin təşkil etdiyi mitinqlər fonunda özünü prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı elan edib.

Avstraliya Venesuela müxalifətinin lideri Xuan Quaydonu bu ölkə prezidentinin vəzifəsini müvəqqəti icra edən şəxs kimi tanıyıb.

Geri qayıt