Əsas Səhifə > Dünya > Tramp Venesuelaya hərbi müdaxiləni müzakirə edib
Tramp Venesuelaya hərbi müdaxiləni müzakirə edib28-01-2019, 11:17 |
ABŞ prezidenti Donald Tramp Venesuelaya hərbi müdaxilə barədə düşünür. Modern.az Qərb KİV-nə istinadən xəbər verir ki, 2 həftə əvvəl Tramp bu barədə Respublikaçı senator Linsi Qremlə müzakirə də aparıb. “Siz hərbi gücdən istifadə olunmasına necə baxırsınız?” –deyə Trampın ona sual verdiyi bildirilir. Senatorun bu təklifə təccübləndiyi və qərarın təhlükəli olduğunu cavab verdiyi məlumdur. Tramp isə cavabında ABŞ-ın milli təhlükəsizliyi naminə hərbi gücə baş vura biləcəyini vurğulayıb. Bununla belə, Trampın güc tətbiqinə prioritet vasitə kimi baxmadığı və məsləhətləşmələrin davam etdiyi xəbər verilir. Geri qayıt |