Əsas Səhifə > Dünya, Güney Press > Rusiya Şimali Koreyaya nüvə zavodu tikməyi �?təklif edib’
Rusiya Şimali Koreyaya nüvə zavodu tikməyi �?təklif edib’30-01-2019, 10:07 |
“The Washington Post” qəzeti yazır ki, Rusiya rəsmiləri Şimali Koreyaya silah proqramından ən çəkməsi əvəzində nüvə enerjisi zavodu tikməklə bağlı gizli təklif edib. Yanvarın 29-da dərc etdiyi məqalədə qəzet adıçəkilməyən ABŞ rəsmilərinə istinadla yazır ki, Moskva bu təklifi bir neçə ay öncə edib. Amma ABŞ kəşfiyyat rəsmilərinin bundan 2018-ci ilin sonunda xəbər tutduğu bildirilir. Qəzetin yazmasına görə, Rusiya zavodu tikəcək, işlədəcək, tullantıları Rusiyaya daşıyacaq. Bu isə Pxenyanın zavoddan nüvə silahı hazırlanması üçün istifadə riskini azaltmış olacaq. Ağ ev qəzetin yazdıqlarına dərhal şərh verməyib. Prezident Donald Trump Şimali Koreyayla danışıqları prioritet elan etsə də, bu yöndə cəhdlər hələlik, arzuolunan nəticəni verməyib. Son vaxtlar Pxenyan-Moskva danışıqları sürətlənib, Trump ilə Şimali Koreya lideri Kim Jong-un arasında ikinci sammitin isə fevralın sonunda keçiriləcəyi gözlənir. ABŞ Milli Kəşfiyyatının Direktoru Dan Coats yanvarın 29-da Senatın kəşfiyyat komitəsində deyib ki, Pxenyanın nüvə silahlarından tamamilə əl çəkməyə razılaşacağı inandırıcı görünmür. Onun sözlərinə görə, Şimali Koreya liderləri nüvə silahı qabiliyyətini “rejimin mövcudluğu üçün vacib” sayırlar. Geri qayıt |