Əsas Səhifə > Dünya > ABŞ, Rusiya və Çin arasında KXDR üzrə əməkdaşlıq üçün əsas var
ABŞ, Rusiya və Çin arasında KXDR üzrə əməkdaşlıq üçün əsas var1-02-2019, 09:16 |
ABŞ, Rusiya və Çin arasında Koreya Xalq Demokratik Respublikasının (KXDR) denuklearizasiyası üzrə əməkdaşlıq üçün əsas var. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqan Stendford Universitetində çıxışı zamanı bildirib. Onun sözlətinə görə, son bir həftə ərzində onun komandası Vaşinqtonda Çindən və Rusiyadan olan nümayəndə heyətlərini qəbul edib: "Həm Çin, həm də Rusiya ilə Koreya yarımadasının denuklearizasiyası və yarımadada uzunmüddətli sülhün yaradılması üzrə əməkdaşlıq üçün əsas var". Geri qayıt |