Əsas Səhifə > Dünya > ABŞ Venesuelaya humanitar yardım göndərəcək
ABŞ Venesuelaya humanitar yardım göndərəcək2-02-2019, 10:19 |
ABŞ Venesuela Prezidenti vəzifəsinin müvəqqəti icraçısı Xuan Quaidonun müraciətinə uyğun olaraq, bu ölkəyə humanitar yardım göndərəcəyini açıqlayıb. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton "Twitter" hesabında məlumat verib. O, Venesuela xalqına dərmanlar, tibbi ləvazimatlar və qida məhsulları daxil olmaqla humanitar yardım ediləcəyini qeyd edib. Bundan başqa, ABŞ dövlət katibi Maykl Pompeo da "Twitter" hesabı vasitəsilə C.Boltonun fikirlərini dəstəkləyərək Venesuela xalqına yardım göstərməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, bir müddət əvvəl ABŞ administrasiyası Venesuela xalqına yardım üçün 20 milyon dollar ayrıldığını və zəruri olanları göndərməyə hazır olduqlarını bəyan etmişdi. Geri qayıt |