Əsas Səhifə > Dünya > Nyu-York Prokurorluğu Trampın inaqurasiyasının xərclərini araşdıracaq

Nyu-York Prokurorluğu Trampın inaqurasiyasının xərclərini araşdıracaq


5-02-2019, 08:34
Nyu-York Prokurorluğu Trampın inaqurasiyasının xərclərini araşdıracaq
ABŞ-ın Nyu-Yorkun ştatının Prokurorluğu Birləşmiş Ştatların prezidenti Donald Trampın inaqurasiyasına çəkilən xərclər haqqında sənədləri tələb etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu haqda "ABC News" telekanalı bildirib.

Telekanalın məlumatına görə, bu yoxlama ilə prokurorluğun Korrupsiyaya qarşı Mübarizə üzrə Bölməsi məşğul olacaq.

Qeyd edilir ki, Trampın inaqurasiyası təxminən 104 milyon dollara başa gəlib. Sabiq prezident Barak Obamanın birinci inaqurasiyasının xərcləri bundan iki dəfə az olub.

Daha əvvəl ABŞ prezidenti Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin əvəzində yeni raket sazişi imzalamaq istədiyini bildirib.

Geri qayıt