Əsas Səhifə > Dünya > Maduro Trampın Venesuelaya hərbi müdaxilə təhdidini "dəlilik" adlandırıb
Maduro Trampın Venesuelaya hərbi müdaxilə təhdidini "dəlilik" adlandırıb5-02-2019, 08:42 |
Venesuela lideri Nikolas Maduro hesab edir ki, ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların qoşununu bu ölkəyə yeritməsinə hazır olması barədə bəyanatı dəlilikdir. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Venesuela prezidentinin sözlərinə görə, "XXI əsrdə müharibə haqqında danışıqlar dəlilikdir". "Bu dəlilikdir, cənab Donald Tramp, düşünmək ki, siz bura qoşunları göndərə bilərsiniz, bu torpağa, hansı ki, özünü müdafiə edəcək", - deyə o bildirib. O, həmçinin qeyd edib ki, beynəlxalq hüquq da belə hərəkətləri qadağan edir. Maduro əlavə edib ki, Amerika prezidentinin bəyanatı "qanunsuz"dur və "cinayətkardır". Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Venesuelaya qoşun yeritmək variantını istisna etmir. Geri qayıt |