Əsas Səhifə > Dünya > Ukrayna Guaidonu Venesuelanın prezidenti kimi tanımayıb
Ukrayna Guaidonu Venesuelanın prezidenti kimi tanımayıb5-02-2019, 11:47 |
Ukrayna hökuməti özünü Venesuela prezidenti elan etmiş Xuan Guaidonun legitimliyini tanımayıb. FaktXəbər bildirir ki, bu barədə "UNİAN" məlumat yayıb. "Ukrayna Xuan Guaidonu Venesuelanın demokratik yolla seçilmiş hakimiyyəti orqanı olan Milli Assambleyanın sədri və müxalifət lideri kimi tanıyır",-deyə Ukrayna XİN-in nümayəndəsi Yekaterina Zelenko vurğulayıb. Ukrayna XİN-i tərəfləri siyasi böhranın həlli, güc metodları və iqtisadi fəlakətin qarşısının alınması üçün əlindən gələni etməyə çağırır. Qeyd edək ki, dünən Avstriya, Böyük Britaniya, Danimarka, İspaniya, Almaniya, Polşa, Fransa və bir sıra digər Avropa ölkələri Xuan Guaidonu Venesuelanın müvəqqəti prezident kimi tanıyıb. Geri qayıt |