Əsas Səhifə > Dünya > Putin və Lukaşenkonun görüşəcəyi yer və tarix bəlli oldu
Putin və Lukaşenkonun görüşəcəyi yer və tarix bəlli oldu6-02-2019, 08:25 |
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksand Lukaşenko arasında fevralın 13-ü Soçidə görüş keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "İzvestiya" qəzetinə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib. D.Peskov deyib: "Fevralın 13-ü Soçidə baş tutacaq görüşdə prezidentlər İttifaq Dövləti çərçivəsində inteqrasiya proseslərinin araşdırılması üçün yaradılmış Rusiya-Belarus işçi qrupunun fəaliyyətini və mübahisəli məsələləri müzakirə edəcəklər". Qeyd edək ki, daha əvvəl D.Peskov yanvarın 31-i V.Putin və A.Lukaşenko arasında baş tutan telefon danışığı zamanı tərəflərin yaxın zamanda görüşmək barədə razılşdıqlarını bildirmişdi. Geri qayıt |