Əsas Səhifə > Dünya > ABŞ Venesuelada müxalifətə silah göndərib
ABŞ Venesuelada müxalifətə silah göndərib6-02-2019, 15:06 |
Venesuelanın Daxili Təhlükəsizlik Nazirliyi ölkə ərazisinə ABŞ-dan göndərilən külli miqdarda silah-sursatı ələ keçirib. FaktXəbər bildirir ki, Valensiya şəhərindəki "Arturo Michelena" beynəlxalq hava limanındakı anbarda ABŞ-ın Mayami şəhərindən göndərilən çox sayda silah və sursatı tapılıb. Daxili təhlükəsizlik nazirin müavini Endes Palensia ələ keçirilən silah-sursatın fotoşəkillərini Twitter səhifəsində paylaşıb. Venesuela müxalifətinə göndərilən ABŞ istehsalı silahlar arasında 19 tüfəng və 118 maqazin, yüksək kalibrli sursatla yanaşı 90 rabitə cihazı və 6 cib telefonu olub. Qeyd edək ki, ABŞ Vemesueladakı müxalifətə göndərdiyi silahlarla ölkə ərazisində terror aktları həyata keçirməyi planlaşdırırmış. Geri qayıt |