Əsas Səhifə > Dünya > Türkiyə ABŞ-ı deyil, Rusiyanı seçməsinin səbəbini açıqladı
Türkiyə ABŞ-ı deyil, Rusiyanı seçməsinin səbəbini açıqladı8-02-2019, 11:07 |
Rusiyanın Türkiyəyə Zenit Raket Komplekslərini vermə barədə təklifi ABŞ-ın analoji təklifindən daha sərfəli idi. FaktXeber.com-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesinin İdarəsinin sədr müavini Cəlal Sami Tüfəkçi Vaşinqtonda Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunda çıxışı zamanı bəyan edib. «Türkiyə Rusiyanın S-400 təklifini həm qiymətinin münasibliyinə, həm də istehsalın gedəcəyi, texnlogiyanın veriləcəyi yerin sərfəli olmasına görə qəbul edib», - deyə o, bildirib. Vaşinqtonun ZRK-na gəldikdə isə Tüfəkçi bildirib ki, bu barədə ötən ay təklif irəli sürülüb: «Artıq kifayət qədər gec idi». Geri qayıt |