Əsas Səhifə > Dünya > Pentaqondan Rusiya, Çin xəbərdarlığı
Pentaqondan Rusiya, Çin xəbərdarlığı12-02-2019, 09:15 |
Pentaqonun aparıcı kəşfiyyat agentliyi xəbərdarlıq edir ki, Rusiya və Çin Birləşmiş Ştatların kosmosda üstünlüyünə tezliklə təhdid yaradacaq texnologiya qururlar. Müdafiə Kəşfiyyatı Agentliyi bu xəbərdarlığı fevralın 11-də dərc etdiyi hesabatda irəli sürüb. Agentlik ABŞ peyklərinə ziyan vura biləcək lazerlərin daha çox narahatlıq yaratdığını vurğulayır. Qurumun bildirməsinə görə, həm Moskva, həm də Pekin kosmosa yönəlik nəzarət və kəşfiyyat texnologiyası hazırlayıblar. Hesabatda deyilir ki, Çin istifadə olunan peyklərin sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir. Ondan sonra gələn Rusiyanın isə orbitdə 140-dan artıq peyki olduğu bildirilir. İran və Şimali Koreya da orbitdə maneə yaratmaq qabiliyyətlərini nümayiş etdiriblər, agentlik bildirir. Geri qayıt |