Əsas Səhifə > Dünya > Venesuela son üç ildə qadağalara görə 38 mlrd. dollar itirib

Venesuela son üç ildə qadağalara görə 38 mlrd. dollar itirib


19-02-2019, 08:23
Venesuela son üç ildə qadağalara görə 38 mlrd. dollar itirib
Venesuelanın vitse-prezidenti Rikardo Menendes ölkənin ABŞ-ın son üç ildə tətbiq etdiyi iqtisadi və maliyyə qadağaları səbəbindən 38 milyard dollar itirdiyini bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Rikardo Menendes bunu AVN agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, burada söhbət Venesuela ÜDM-i üçün 23 mlrd. dollardan və PDVSA-nın ABŞ-dakı törəmə şirkəti olan "Citgo" ilə bağlı olan 15 mlrd. dollardan gedir.

Bununla belə o, 2002-ci ilin neft tətillərini nəzərə alaraq pul itkisinin 58 mlrd. dollar səviyyəsində qiymətləndirilməsini təklif edib:

"Əgər buna neft sabotajı zamanı götürülən 20 mlrd. dollar itkini də əlavə etsək, o zaman 58 mlrd. itkindən, yəni respublika üçün təqribən 60 mlrd. dollar ziyandan danışmaq olar", - deyə Menendes bildirib.

Geri qayıt