Əsas Səhifə > Dünya > Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib

Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib


22-02-2019, 08:37
Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib
Venesuela Milli Assambleyasının lideri Xuan Quaidonun Vaşinqtondakı nümayəndəsi Karlos Vekkyo Bolvar Respublikasının Birləşmiş Ştatlarda işləyən 56 diplomatından 11-nin müxalifət tərəfə keçdiyini bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmin diplomatlarla işləməyə hazır olduqlarını deyib.

"Biz keçmiş rejimin 56 diplomatından 11-ni öz diplomatik missiyamıza qəbul edirik. Onlarla işləməyə hazırıq", - deyə o bildirib.

Həmçinin Quaido tərəfindən təyin edilmiş səfir müşaviri Qustavo Markanonun sözlərinə görə, müxalifət nümayəndələri respublikanın ABŞ-dakı hesab və mülkiyyətlərini dondurmağa müvəffəq olublar.

Daha əvvəl Venesuelanın Braziliya ilə sərhədi bağladığı məlum olub.

Geri qayıt