Əsas Səhifə > Dünya > Fidel Kastronun konstitusiyası dəyişdiriləcək

Fidel Kastronun konstitusiyası dəyişdiriləcək


22-02-2019, 15:33
Fidel Kastronun konstitusiyası dəyişdiriləcək
Kubada yeni konstitusiya üçün 24 fevralda keçiriləcək referendumun bütün hazırlıqları başa çatıb. 8 milyon kubalının səs verməsi gözlənilən referendum üçün seçki komissiyaları yaradılıb

Kuba Konstitusiyasını yalnız parlament tərəfindən dəstəklənən referendumla dəyişdirilə bilər. Referendumda kubalılar, "Respublikanın yeni konstitusiyasını təsdiq edirsiniz" sualını cavablandıracaqlar.

FaktXəbər bildirir ki, ölkənin yeni konstitusiyası xalqın daxil edildiyi uzun bir proseslə hazırlanıb. Bu məqsədlə üç ay ərzində məhəllələrdə, iş yerlərində, məktəblərdə və universitetlərdə 133 min 681 iclas keçirilib. Bu iclaslarda edilən təkliflər nəzərə alınaraq layihədəki maddələrin 60 faizi dəyişdirilib.

Qeyd edək ki, Kubanın mövcud konstitusiyası milli bir referendumla 1976-cı ildə qəbul edilmişdi. Yeni referendum 1992-ci ildə qəbul edilən seçki məcəlləsinin qaydalarına əsasən keçiriləcək. Ölkə qanunlarına görə, 16 yaşdan böyük hər kəs səs verə bilər.

Kubanın keçmiş konstitusiyasının ölkə və dünyanın mövcud vəziyyətini və ehtiyaclarını ödəmədiyi hesab edilir. Bundan sonra ölkədə iqtisadi münasibətləri və ictimai nizamı yenidən tanıyacaq bir konstitusiya hazırlanıb.

Cinsi və etnik ayrı-seçkilik, həmçinin fiziki qüsurlu insanlara qarşı fərqli münasibəti qadağan edən konstitusiyada dövlət başçısının parlament tərəfindən seçilməsi və ən çox iki dövr vəzifədə qalması nəzərdə tutulur.

Geri qayıt