Əsas Səhifə > Dünya > ABŞ rəsmisi Rusiyaya hədə-qorxu gəlib

ABŞ rəsmisi Rusiyaya hədə-qorxu gəlib


27-02-2019, 08:26
ABŞ rəsmisi Rusiyaya hədə-qorxu gəlib
Ukraynaya Krım qaytarılmayana qədər Vaşinqton Rusiyaya qarşı sanksiyaları artırmağa davam edəcək.

ONA-nın RİA Novostiya istinadən yaydığı xəbərə görə, bunu özünün Twitter səhifəsində ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib

Onun Odessa limanına gəlmiş “Donald Kuk” amerikan raket gəmisində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü haqda öncə məlumat yayılıb.
Volkerlə görüşdən sonra, Poroşenko öz Twitter səhifəsində amerikan gəmilərinin Odessaya gəlməsini ABŞ-la Ukrayna arasında olan əməkdaşlığın nümayişi olduğunu bildirib.

Ukrayna prezidenti həmçinin onu da qeyd edib ki, ABŞ-ın Qara dənizdə hərbi qüvvəsinin artırılması Ukraynanın xahişi ilə baş tutub.

Geri qayıt