Əsas Səhifə > Dünya > ABŞ Moldovada seçkidən həm narahatdır, həm də alqışlayır
ABŞ Moldovada seçkidən həm narahatdır, həm də alqışlayır28-02-2019, 08:52 |
Birləşmiş Ştatlar beynəlxalq müşahidəçilərin Moldovada fevralın 24-də keçirilmiş parlament seçkisini “rəqabətli və ümumilikdə ədalətli” dəyərləndirməsini alqışlayır. Amma eyni zamanda seçkiylə bağlı səsləndirilən pozuntu iddialarından narahatlığını bildirir. Dövlət Departamentinin fevralın 27-də verdiyi bəyanatda deyilir ki, Birləşmiş Ştatlar “Moldova xalqını, Mərkəzi Seçki Komissiyasını və seçkinin qaliblərini təbrik edir”. ATƏT seçkinin rəqabətli keçdiyini, fundamental hüquqlara ümumilikdə sayqı göstərildiyini bildirib. Dövlət Departamenti bu dəyərləndirməni alqışlayır. Vaşinqton Moldova liderlərini “Moldova seçicilərinin iradəsinə sayqı göstərən, Moldova xalqına xidmət edən yeni hökuməti formalaşdırmağa” çağırır. Seçkidə həm Sosialistlər, həm də ACUM alyansı hakim Demokratları kütləvi saxtakarlıqda ittiham edib. Rusiyapərəst Sosialistlər parlamentdə daha çox yer qazansalar da, çoxluğu təmin edə bilməyiblər. Geri qayıt |