Əsas Səhifə > Dünya > Quaido Venesuelaya qayıdacağı təqdirdə tutulacaq

Quaido Venesuelaya qayıdacağı təqdirdə tutulacaq


4-03-2019, 08:48
Quaido Venesuelaya qayıdacağı təqdirdə tutulacaq
Venesuela müxalifətinin lideri Xuan Quaido sərhədi keçəcəyi və ölkəyə qayıdacağı təqdirdə saxlanılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Varqas ştatının qubernatoru Xose Luis Qarsia Karneyro deyib.

O, Uqo Çavesin yaxın silahdaşlarından biri olub, 2004-2011-ci illərdə Venesuelanın müdafiə naziri vəzifəsini tutub və Venesuela Silahlı Qüvvələrində geniş əlaqələrini saxlayıb.

"Venesuela Ali Məhkəməsi ona ölkədən çıxmağı qadağan etmişdi, lakin o, bu qadağanı pozdu. Məhkəmənin qərarına görə, əgər o, sərhədi keçməyə cəhd göstərərsə, onu tutmalıdırlar", - deyə Karneyro Quaidonun onun nəzarəti altında olan ştata qayıdacağı təqdirdə nə baş verəcəyinə dair sualı cavablandırarkən bildirib.

Geri qayıt