Əsas Səhifə > Dünya > Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirib

Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirib


4-03-2019, 09:03
Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirib
Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaido martın 4-də ölkəsinə qayıtmaq niyyətində olduğunu deyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, qayıdan zaman hakimiyyətin onu tutmaq niyyətinə də münasibət bildirib:

"Əgər rejim məni tutmağa cürət edərsə, bu, onun son səhvlərindən biri olacaq".

Quaido bu addımın nəticələrindən biri kimi "əhalinin səfərbər ediləcəyini" göstərib.

"Həmçinin bizim beynəlxalq müttəfiqlərimizin bu hal ilə bağlı dəqiq təlimatları var", - deyə o bildirib.

Quaido fevralın 23-də Kolumbiyanın Kukutu şəhərinə gedib.

Geri qayıt