Əsas Səhifə > Dünya > Xuan Quaydo yeni etiraz aksiyaları təşkil edəcəyini açıqlayıb

Xuan Quaydo yeni etiraz aksiyaları təşkil edəcəyini açıqlayıb


4-03-2019, 10:03
Xuan Quaydo yeni etiraz aksiyaları təşkil edəcəyini açıqlayıb
Özünü Venesuelanın "müvəqqəti prezidenti" elan edən Xuan Quaydo ölkəsinə dönmək və mövcud dövlət başçısı Nikolas Maduroya qarşı yeni nümayişlər təşkil etmək niyyətində olduğunu açıqlayıb. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ekvadorda bu ölkənin prezidenti Lenin Moreno ilə görüşün nəticələrini şərh edərkən Twitter-də yazıb.

Quaydo bildirib ki, 4 və ya 5 martda dönməyi planlaşdırır.

Siyasətçi beynəlxalq ictimaiyyəti Venesuelanın qanuni hökumətinə təzyiqləri gücləndirməyə çağırıb.


Geri qayıt