Əsas Səhifə > Dünya > Quaydo Venesuelaya qayıdıb
Quaydo Venesuelaya qayıdıb5-03-2019, 08:35 |
Venesuela müxalifətinin lideri, özünü prezident elan etmiş Xuan Quaydo Venesuelaya qayıtdığını bəyan edib. ONA-nın “Reuters”-ə istinadən yaydığı xəbərinə görə, o Karakasdakı mitinqdə göstərdiyi pasportda sərhəd qeydiyatı haqqında möhürü nümayiş etdirib. Hava limanından paytaxta Quaydonu ABŞ, Fransa, Almaniya, İspaniya və digər ölkələrin diplomatları müşayiət ediblər. O, ölkə sakinlərini yenidən mitinqlərə çağırıb. Geri qayıt |