Əsas Səhifə > Dünya > Maduro martın 9-da imperializmə qarşı yürüş elan edib

Maduro martın 9-da imperializmə qarşı yürüş elan edib


6-03-2019, 08:51
Maduro martın 9-da imperializmə qarşı yürüş elan edib
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, martın 9-da ölkədə imperializmə qarşı yürüş keçirəcək.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, o, bununla bağlı bəyanatı ölkənin sabiq-lideri Uqo Çavesin xatirəsinə həsr edilmiş tədbirdə çıxışı zamanı verib.

"Şənbə günü, martın 9-da, Venesuelanı ABŞ-ın təhlükəsizliyi üçün təhlükə elan etmiş Barak Obamanın dekretindən 4 il ötür. Və mən martın 9-u Bolivar Respublikasında imperializm əleyhinə gün elan etdim. Gəlin 9 martda Bolivar Respublikasında imperializmə qarşı yürüşlə küçələrə çıxaq, küçələrə, xalq" – o bildirib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro daha əvvəl Karakasda keçirilən mitinq zamanı xanımı Sili ilə oynayıb.

Geri qayıt