Əsas Səhifə > Dünya > Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib
Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib7-03-2019, 08:22 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ağ ev rəhbəri Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarını tənqid edib. “Report” TASS-a istinadən xəbər verir ki, o bunu 24 TV telekanalının efirində deyib. "Türkiyə ABŞ-ın bu qərarı ilə əlaqədar olaraq hərtərəfli addımlar atacaq. Biz artıq buna vərdiş etmişik. Qoy heç kim bizi bu şəkildə tərbiyə etməsin", - deyə o bildirib. Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Hindistan və Türkiyəni ABŞ ilə güzəştli ticarətdən məhrum etmək niyyətindədir. O bu qərarını Türkiyənin son 45 il ərzində inkişaf etməsi ilə əlaqələndirib. Geri qayıt |