Əsas Səhifə > Dünya > Quaydo Karakasda müxalifətin etiraz aksiyası keçirəcəyini bildirib
Quaydo Karakasda müxalifətin etiraz aksiyası keçirəcəyini bildirib9-03-2019, 09:39 |
Venesuelada özünü respublikanın müvəqqəti prezidenti elan etmiş ölkə Milli Məclisinin spikeri Xuan Quaydo bildirib ki, martın 9-da Karakasda müxalifətin etiraz aksiyası keçiriləcək. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. Quaydonun sözlərinə görə, aksiya iştirakçılarının toplanışı Venesuela paytaxtının müxtəlif rayonlarında olacaq. "Venesuela sakinləri əvvəlkindən daha böyük güclə bu ölkənin küçələrinə çıxacaq", - deyə o bildirib. Quaydo həmçinin bildirib ki, etiraz aksiyasının iştirakçıları öz hədəflərinə nail olmayınca küçələrdən dağılışmayacaqlar. Daha əvvəl Venesuelanın müxalifət lideri Ekvador prezidenti Lenin Moreno ilə görüşdən sonra ölkəyə qayıtmaq niyyətində olduğunu bildirib. Geri qayıt |