Əsas Səhifə > Dünya > Venesuelada elektrik enerjisinin kəsilməsi 79 nəfərin ölümünə səbəb olub

Venesuelada elektrik enerjisinin kəsilməsi 79 nəfərin ölümünə səbəb olub


9-03-2019, 09:45
Venesuelada elektrik enerjisinin kəsilməsi 79 nəfərin ölümünə səbəb olub
Venesuela Milli Məclisinin deputatı Xose Manuel Olivares bildirib ki, ölkədə enerji təchizatında yaranan problemlər nəticəsində 79 nəfər həyatını itirib.

"Xəstəxanaların son milli sorğusu təsdiq edib ki, elektrik enerjisi ilə problemlərə görə tibbi müəssisələrdə 79 nəfər ölüb", - deyə o bildirib.

Venesuelada elektrik enerjisinin kəsilməsi 79 nəfərin ölümünə səbəb olub

Deputat tərəfindən yayılmış qrafikdə noyabrdan fevrala qədər olan dövrdə həlak olanlar haqqında informasiya göstərilib.

Venesuelada özünü respublikanın müvəqqəti prezidenti elan etmiş ölkə Milli Məclisinin spikeri Xuan Quaydo bildirib ki, martın 9-da Karakasda müxalifətin etiraz aksiyası keçiriləcək.

Geri qayıt