Əsas Səhifə > Dünya > Pelosi Trampın impiçmentinə qarşıdır

Pelosi Trampın impiçmentinə qarşıdır


12-03-2019, 09:01
Pelosi Trampın impiçmentinə qarşıdır
ABŞ-ın aparıcı demokrat konqresmeni deyir ki, Prezident Donald Trump-ın impiçment olunması cəhdlərinə qarşıdır, o, “sadəcə buna layiq deyil”.

Nümayəndələr Palatasının lideri olan Nancy Pelosi bunu martın 11-də “The Washington Post” qəzetinin dərc etdiyi müsahibədə deyib.

“Trump-ın impiçment olunmasına tərəfdar deyiləm”, – o söyləyib.

“Bunu məcbur edən, labüd, hər iki partiyanın dəstəklədiyi məsələ çıxmazsa, fikrimcə, bu yolla getməməliyik, çünki bu, ölkəni parçalayır”, – qəzet ona istinadla yazıb.

Bu arada demokrat konqresmenlər respublikaçı Trump-ın impiçment olunmasına çalışırlar. Noyabrdan, demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alandan bu təzyiq daha da güclənib.

Konstitusiyaya görə, prezidentin impiçment prosesi palatadan başlanır. O, impiçment olunarsa, Senat onu vəzifədən kənarlaşdırmaq məsələsinə baxır. Amma ABŞ tarixində belə bir hal qeydə alınmayıb.

Palatanın bir neçə komitəsi Trump-a qarşı təhqiqatlar başladıb, onun Rusiyayla əlaqələri araşdırılır.

Xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyasıyla Rusiyanın mümkün əlbirliyini, Trump-ın araşdırmaya mümkün təzyiqini araşdırır, hesabat hazırlayır.

Trump və Rusiya isə hər hansı əlbirlik iddialarını rədd edir.

Geri qayıt