Əsas Səhifə > Dünya > ABŞ uyğurlara görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ uyğurlara görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər


15-03-2019, 08:29
ABŞ uyğurlara görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər
Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib ki, ABŞ uyğurların sıxışdırılmasına görə Çinə qarşı yeni sanksiyaların tətbiqini istisna etmir.

“Report” xəbər verir ki, onun sözlərinə görə, söhbət Sintszyan Uyğur muxtar rayonunda müsəlmanların hüquqlarının pozulmasından gedir.

Palladino əlavə edib ki, Birləşmiş Ştatlar bu qanun pozuntularına cavab olaraq sanksiyaların tətbiqini nəzərdə tutur.

Geri qayıt