Əsas Səhifə > Dünya > Maduro Venesuela hökumətini istefa verməyə çağırıb
Maduro Venesuela hökumətini istefa verməyə çağırıb18-03-2019, 08:31 |
Venesuela prezidenti Nikolas Maduro hakimiyyətdə struktur dəyişiklikləri ilə əlaqədar hökuməti təmsil edən nazirləri istefa verməyə çağırıb. ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu icraçı vitse-prezident Delsi Rodriqes Twitter səhifəsində bildirib. “Nikolas Maduro istefa tələbi ilə hökumətin bütün icraedici nümayəndələrinə ünvanlanıb və Bolivar hökumətinin yenidən qurulmasının zəruriliyini vurğulayıb”, - xanım Rodriqes belə deyib. O həmçinin əlavə edib ki, struktur dəyişikliklərinin əsas məqsədi “Simon Bolivarın və Uqo Çavesin vətənini bütün təhlükələrdən qorumaq”dır. Geri qayıt |