Əsas Səhifə > Dünya > ABŞ və Braziliya liderləri Venesuela məsələsində həmfikirdirlər

ABŞ və Braziliya liderləri Venesuela məsələsində həmfikirdirlər


20-03-2019, 09:59
ABŞ və Braziliya liderləri Venesuela məsələsində həmfikirdirlər
ABŞ prezidenti Donald Tramp və Braziliya prezidenti Jair Bolsonaru Vaşinqtondakı görüşün ardından birgə bəyanatla çıxış edərək, Venesuela ilə bağlı məsələdə eyni mövqe sərgilədiklərini bildiriblər.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bununla da onlar ölkə müxalifətinin rəhbəri Xuan Quaydonu dəstəklədiklərini deyiblər.

“ABŞ və Braziliya liderləri Venesuelanın müvəqqəti prezidenti kimi Xuan Quaydonu, demokratik seçilmiş Milli Assambleyanı və Venesuela xalqını dəstəklədiklərini, eləcə də ölkədə konstitusiyaya əsaslanan qayda-qanun yaranmasına çalışdıqlarını qeyd ediblər”, - Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada belə deyilir.

Qeyd edək ki, görüş zamanı D.Tramp Venesuelaya qarşı hərbi müdaxilənin mümkünlüyü barədə ünvanlanan suala “ABŞ administrasiyası bütün mümkün variantları nəzərdən keçirir”, - deyə cavab verib.

Geri qayıt