Əsas Səhifə > Dünya > Rumıniya səfirliyini Yerusəlimə köçürəcəyini deyir
Rumıniya səfirliyini Yerusəlimə köçürəcəyini deyir25-03-2019, 09:31 |
Rumıniyanın Baş naziri Viorica Dancila elan edib ki, Buxarest səfirliyini İsrailin Təl Əviv şəhərindən Yerusəlimə (Qüds) köçürəcək. Dancila bunu martın 24-də Vaşinqtonda İsrailin lobbi qrupunun keçirdiyi illik konfransda deyib. “Sizə bunu vəd edə bilərəm: Rumıniya yəhudi xalqını və yəhudi dövlətini dəstəkləməyə eyni dərəcədə sadiq, Avropada ən güclü səs olaraq qalacaq”, – o deyib. Fələstin Azadlıq Təşkilatının aparıcı təmsilçisi olan Saeb Erekat isə Rumıniyanın bu qərarını pisləyib, bunu “fələstinlilərin hüquqlarının, beynəlxalq hüquq və BMT qətnamələrinin kobudcasına pozulması” adlandırıb. Erekat deyib ki, belə addımlar “iki dövlət həllinin məhvinə” töhfə verir. “İki dövlət həlli” BMT-nin 1974-cü ildə irəli sürdüyü planı nəzərdə tutur. Plana görə, İsrail-Fələstin münaqişəsi gələcəkdə müstəqil Fələstin dövlətinin yaranmasıyla həll oluna bilər. İsraillə yanaşı mövcud olacaq bu dövlətin 1967-ci ilədək mövcud olmuş sərhədlər çərçivəsində yaradılması nəzərdə tutulur. Geri qayıt |