Əsas Səhifə > Dünya > Rusiya ABŞ-ın Venesuela hədəfini açıqladı
Rusiya ABŞ-ın Venesuela hədəfini açıqladı25-03-2019, 10:24 |
ABŞ-ın Venesuelaya qarşı münasibəti Amerika iqtisadi siyasətini bir daha üzə çıxaran faktdır. ABŞ öz iqtisadi maraqları naminə ədalətsiz rəqabət yaradır. ABŞ-ın strateji hədəfi yaxın bir neçə ildə dünya neft ixracında lider statusuna yüksəlmək, öz “oyun qaydalarını” müəyyənləşdirmək və OPEK-ə diktə etməkdir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev deyib. O bildirib ki, Rusiya və İrana qarşı sanksiyalar tətbiq edilir və onların neft ixracı məhdudlaşdırılır: “Ancaq Venesuela neftini ələ keçirmək lazımdır – axı, ABŞ-ın cənubundakı neftayırma müəssisələri ucuz Venesuela neftinin emalı üzərində qurulub. ABŞ-ın hədəfi aydındır – öz neftayırma sənayesi üçün ucuz Venesuela neftini idxal etmək, ancaq Avropa da daxil olmaqla, dünyaya öz bahalı şist neftini ixrac etmək”. “ABŞ məhz bu siyasətlə Avropanı ucuz rus qazı əvəzinə bahalı, ancaq “demokratik” Amerika qazı almağa məcbur edir”, - Petruşev bildirib. Onun sözlərinə görə, qanuni yolla seçilən Venesuela hakimiyyəti ölkənin iqtisadi və siyasi müstəqilliyini qoruyur. Ona görə də Vaşinqton Quaidoya stavka edir. Geri qayıt |