Əsas Səhifə > Dünya > Venesuela hökuməti Quaydonun dövlət məmuru vəzifəsi tutmağını qadağan edib
Venesuela hökuməti Quaydonun dövlət məmuru vəzifəsi tutmağını qadağan edib29-03-2019, 09:40 |
Venesuela hökuməti ölkənin "müvəqqəti prezidenti" elan edilmiş Xuan Quaydonun 15 il ərzində hökumətdə vəzifə tutmağını qadağan edib. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bolivar respublikasının baş prokuroru Elvis Amoroso, Quaydonun xarici səfərləri üçün xərclənən vəsaitin mənbəyindən söz açıb. "O, 91 dəfə xarici səfərə çıxıb, bu məqsədlə 300 milyon Bolivar (94 min dollar) məbləğində sərmayə xərcləyib. Bunu dövlət qulluqçusunun əmək haqqı ilə ödəmək olmaz", - deyə o, mətbuat konfransında bildirib. Amorosonun sözlərinə görə, Quaydo gəlirləri ilə bağlı bəyanatı saxtalaşdırıb, həmçinin onun beynəlxalq qurumlardan müvafiq xəbərdarlıq etmədən pul alması ehtimalı da var. Geri qayıt |