Əsas Səhifə > Dünya > ABŞ Venesuelaya olan "marağına" görə Rusiyanı sanksiya ilə təhdid edib

ABŞ Venesuelaya olan "marağına" görə Rusiyanı sanksiya ilə təhdid edib


30-03-2019, 09:22
ABŞ Venesuelaya olan "marağına" görə Rusiyanı sanksiya ilə təhdid edib
ABŞ rəsmiləri Rusiya hakimiyyətini Venesuela məsələsində özlərini sərbəst aparmaqla çox da irəli getməməyə səsləyib və bu fəaliyyətə görə Vaşinqtonun növbəti sanksiyalarına məruz qalacaqlarını xatırladıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams brifinq zamanı jurnalistlərə bildirib.

“Mən sadəcə demək istəyirəm ki, bizim fərqli fəaliyyət yanaşmalarımız var. Ruslar burada hər hansı hərəkət üçün tam sərbəst olduqlarını düşünürlərsə, səhv edirlər. Onlar bu haqqa sahib deyillər. Elə addımlar var ki, biz onları iqtisadiyyat, sanksiya planı çərçivəsində tətbiq edə bilərik”, - Abrams belə deyib.

O, həmçinin əlavə edib ki, mümkün tədbirlər haqqında məlumatlar hazırlanaraq, ABŞ Dövlət katibi Mayk Pompeoya təqdim olunub.

Geri qayıt