Əsas Səhifə > Dünya > Venesuelada yenidən elektrik enerjisi geniş miqyasda kəsilib
Venesuelada yenidən elektrik enerjisi geniş miqyasda kəsilib30-03-2019, 09:23 |
Venesuelada yenidən elektrik enerjisi geniş miqyasda kəsilib. "Report"un məlumatına görə, bu barədə "El Nacional" xəbər verib. Bildirilir ki, ölkənin 23 ştatında sakinlər işıqsız qalıblar. Hadisənin konkret səbəbləri barədə hələ məlumat verilmir. Lakin qeyd edilir ki, baş verənlər ölkənin daxilindəki siyasi mübahisə ilə bağlıdır. Venesuelanın elektrik enerjisinin təchizatında yaranan problemlər prezident Nikolas Maduro ilə müxalifət lideri Xuan Quaydo arasındakı qarşıdurmadan sonra ortaya çıxıb. Geri qayıt |