Əsas Səhifə > Dünya > Vladimir Zelenski Ukraynada prezident seçkilərinin nəticələrinə görə liderdir

Vladimir Zelenski Ukraynada prezident seçkilərinin nəticələrinə görə liderdir


1-04-2019, 08:12
Vladimir Zelenski Ukraynada prezident seçkilərinin nəticələrinə görə liderdir
Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanıb.

Bu barədə "Report" Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir.

Bildirilir ki, son məlumata prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.

Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir.

Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.

***05:44

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 14,72 faizinin hesablanmasına əsasən Vladimir Zelenski öndədir.

"Report" xəbər verir ki, o, səslərin 30 faizini toplayıb.

Qeyd edilir ki, onun əsas rəqibi Petr Poroşenkonun 16,72 faiz səs topladığı müəyyənləşdirilib. Məlum olub ki, rəqiblər arasında səs fərqi iki dəfəyə yaxındır.

Protokolların son nəticələrinə görə Yuliya Timoşenko siyahıda üçüncü yerdə qərarlaşıb. O, 13,46 faiz səs toplayıb.

***03:44

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 11,07 faizinin hesablanmasına əsasən Vladimir Zelenski liderlik edir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, onunla Petr Poroşenko arasında səs fərqi bir qədər də artıb. Nəticələrə əsasən o, 29,79 faiz, Poroşenko isə 16,72 faiz səs toplayıb.

Hesablanmış protokolların nəticələrinə görə Yuliya Timoşenko siyahıda üçüncü yerdə qərarlaşıb. O, 13,65 faiz səs toplayıb.

***00:00

Ukraynanın Mərkəzi Seçki Komissiyası 0,17% protokolların sayılmasından sonra prezident seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, rəsmi məlumata görə, hazırkı dövlət başçısı Petr Poroşenko 1314 seçici (24,76% seçici) səs verib. Onun əsas rəqiblərindən hesab edilən Vladimir Zelenski isə 1252 seçici (23,60% seçici) səs toplayıb.

Siyahıda üçüncü yerdə 906 seçici ilə (17,07% səs) Yuliya Timoşenko, dördüncü yerdə isə Anatoli Qritsenko (8,63% səs) qərarlaşıb.

"Exit poll"un məlumatları Vladimir Zelenskinin (30,4% səs) lider olduğunu göstərib. Onunla birlikdə ikinci turda 17,8% səs toplamış Pyotr Poroşenko keçib.

Geri qayıt