Əsas Səhifə > Dünya > Venesuelada Xuan Quaydo barəsində cinayət işi başlayıb
Venesuelada Xuan Quaydo barəsində cinayət işi başlayıb4-04-2019, 08:39 |
Venesuela Milli Müəssislər Məclisinin Hüquq məsələləri üzrə komissiyanın rəhbəri Xulio Qarsia Serpa ölkə televiziyasının efirində müxalifət lideri Xuan Quaydo barəsində cinayət işinin başlandığını bildirib. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. "Onun barəsində Ali Məhkəmə və baş prokurorun məşğul olacağı cinayət işi başlanır", - deyə o bildirib. Xulio Qarsia Serpa vurğulayıb ki, "məhkəmə müvafiq sübutlar əsasında qərar qəbul edəcək". O, əlavə edib ki, Quaydonun "özünü müdafiə hüququ olacaq". "O, etdiyi hər şeyə görə ödəməli olacaq. O, vətənə xəyanətinə görə ödəməli olacaq", - deyə Serpa bildirib. Daha əvvəl Venesuela məhkəməsi ölkə müxalifətinin lideri Xuan Quaydonun katibi Roberto Marreronun 45 gün müddətinə həbsi barədə qərar verib. Geri qayıt |