Əsas Səhifə > Dünya, Güney Press > ABŞ və Türkiyə vitse-prezidentləri bir-birinə zidd bəyanatlar yayıb
ABŞ və Türkiyə vitse-prezidentləri bir-birinə zidd bəyanatlar yayıb4-04-2019, 08:43 |
ABŞ Türkiyə ilə dostluq və müttəfiqliyi təhlükə altına qoymamalıdır. ONA-nın türk mətbuatına istinadən yaydığı xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Fuat Oqtay ABŞ həmkarı Mayk Pensin bəyanatına cavab olaraq deyib. “Birləşmiş Ştatlar qərara gəlməlidirlər – Türkiyə ilə müttəfiq qalmağı və yaxud dostluğu təhlükə altına qoyaraq terrorçularla əməkdaşlıq etməyi seçməlidirlər”, - deyə F. Oqtay bildirib. Öncə, ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiya istehsalı olan ZRK S-400 raketlərini almasını şərh edərkən bunun qəbul olunmaz olduğunu bəyan edib. "Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- deyə Pens bildirib. Geri qayıt |