Əsas Səhifə > Dünya > Venesuela ABŞ-ın yeni sanksiyalarına hüquqi yollarla cavab verəcək
Venesuela ABŞ-ın yeni sanksiyalarına hüquqi yollarla cavab verəcək6-04-2019, 10:39 |
Venesuela hökuməti ölkənin neft sənayesinə qarşı ABŞ-ın tətbiq etdiyi əlavə sanksiyalara qarşı hüquqi tədbirlər görməyə hazırdır. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela XİN-in yaydığı bəyanatda qeyd olunub. “Venesuela azad və müstəqil dövlətlər arasındakı əməkdaşlığa heç bir imperialist əməllərin maneə yarada bilməyəcəyini bir daha bildirərək hüquqi yollarla cavab verəcəyini qeyd edir”, - bəyanatda vurğulanıb. Bəyanatda həmçinin ABŞ-ın tətbiq etdiyi sanksiyaların beynəlxalq hüququ və təməl iqtisadi hüquqları pozduğu da bildirilib. Qeyd edək ki, ötən gün ABŞ-ın sanksiya siyahısına Venesuelanın neft sənayesində çalışan iki şirkət, Venesueladan Kubaya neft daşımaq üçün istifadə olunan onlara məxsus bir tanker gəmisi, “Petroleos de Venezuela” dövlət neft şirkətinə məxsus 34 gəmi daxil edilmişdi. Geri qayıt |