Əsas Səhifə > Dünya > "ABŞ hesablarımızı dondurub, Vaşinqtonu tərk edə bilmirik"

"ABŞ hesablarımızı dondurub, Vaşinqtonu tərk edə bilmirik"


11-04-2019, 08:37
"ABŞ hesablarımızı dondurub, Vaşinqtonu tərk edə bilmirik"
ABŞ hakimiyyəti Venesuela diplomatik nümayəndəliyinin hesablarını dondurub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada deyib.

“Bizim hətta heyətin məvaciblərini verməyə belə imkanımız yoxdur”, - deyə Monkada əlavə edib.
Onun sözlərinə görə, ABŞ rəsmiləri hətta “öz öhdəliklərini də pozur”.

“Bizim bütün hərəkətlərimiz 25 mil (40 km) radiusunda məhdudlaşdırılıb”, - Monkada belə deyib.

O qeyd edib ki, hazırda Vaşinqtonu tərk etməsinə də əngəl törədilir.

Geri qayıt