Əsas Səhifə > Dünya > ABŞ və Türkiyə S-400 raketləri üzrə fikir ayrılıqlarını aradan qaldıra bilməyib

ABŞ və Türkiyə S-400 raketləri üzrə fikir ayrılıqlarını aradan qaldıra bilməyib


17-04-2019, 08:16
ABŞ və Türkiyə S-400 raketləri üzrə fikir ayrılıqlarını aradan qaldıra bilməyib
Rəsmi Vaşinqton və Ankara bu həftə keçirilən məsləhətləşmələr zamanı Rusiyanın S-400 zenit-raket sistemlərinin Türkiyəyə satışı ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra bilməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti bildirib.

Qəzeti bilgiləndirən rəsmi şəxslərin sözlərinə görə, ABŞ və Türkiyə Ankaranın Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərini alması planları ilə bağlı dalandan çıxa bilməyiblər.

Qeyd edilir ki, daha əvvəl ABŞ və Türkiyənin nümayəndələri mövzunu bu həftə Vaşinqtonda müzakirə ediblər. Məsələ o cümlədən ABŞ Prezidenti Donald Trampla Türkiyənin maliyyə naziri Berat Albayrakın görüşündə də diqqət mərkəzində olub.

Nəşr Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalının sözlərini sitat gətirib. İ.Kalın Amerika tərəfinin S-400 raketlərinin alınması ilə əlaqədar Ankaraya qarşı sanksiyalar tətbiq etməyəcəyinə ümid etdiyini bildirib.

Nəşr qeyd edib ki, Türkiyə çox güman ki, növbəti iki və ya üç ay ərzində S-400-ü almağa başlayacaq.

Geri qayıt