Əsas Səhifə > Dünya > İran ABŞ sanksiyalarına baxmayaraq, neft satmağa davam edəcək

İran ABŞ sanksiyalarına baxmayaraq, neft satmağa davam edəcək


25-04-2019, 08:29
İran ABŞ sanksiyalarına baxmayaraq, neft satmağa davam edəcək
İran ABŞ sanksiyalarına baxmayaraq, neft satmağa davam edəcək.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

C.Zərif deyib: "Biz neft satmağa, sağ qalmağa davam edəcəyik, və xlaqımız ABŞ-a göstərəcək ki, bizimlə təzyiq vasitəsilə danışmaq olmaz".

Qeyd edək ki, ABŞ ötən ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edən zaman bir sıra ölkəyə (Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Türkiyə) yarım il ərzində İran neftini almağa icazə vermişdi. Donald Tramp İrana qarşı sanksiyalarla həmin ölkələrə tətbiq edilən istisnanı maydan uzatmayacağını bəyan edib.

Geri qayıt