Əsas Səhifə > Dünya > Putinin MDB prezidentlərindən biri ilə bağlı narazılığı artır...
Putinin MDB prezidentlərindən biri ilə bağlı narazılığı artır...25-04-2019, 09:13 |
Rusiya prezidenti Vladimir Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə bağlı narazılığı artır. Virtualaz.org xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr “Bloomberg”ə deyiblər. Mənbələrin bildirdiyinə görə, Rusiya prezidenti narahatdır ki, Minsk Moskvanın təsiri altından çıxacaq. Hələlik Kremldə bu məlumatı şərh etməyiblər. Agentlik qeyd edir ki, Belarus Rusiya tərəfdən artmaqda olan təzyiqlərdən narahatdır, bu təzyiqlər Belarusa iqtisadi yardımın azaldılması formasında da özünü göstərir. Minskin narahatlığı Rusiya ilə Belarusun birləşdirilməsinə dair Moskvanın planları ilə bağlı ola bilər. Xatırladaq ki, son günlər Minsklə Moskva arasında münasibətlər yenə gərginləşib. Belarus Rusiya neftinin öz ərazisindən Avropaya nəqlini dayandırıb, bunu “Drujba” kəməri ilə nəql olunan neftin çirklənməsi ilə əsaslandırıb. Çirkli neftin emalı nəticəsində Belarusun neftayırma zavodunda bahalı avadanlığın sıradan çıxdığı açıqlanıb.Belarus hökuməti bildirir ki, Rusiyadan neft alışını dayandırmağa və alternativ mənbələr axtarmağa hazırlaşır. Bu arada Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bildirib ki, Bakı neft təchizatında Minskə kömək etməyə hazırdır. “Bizim xalqlarımız həmişə çətin məqamlarda bir-birlərinə kömək ediblər. Həmişə bir-birimizə çiynimizi söykəmişik. Əgər zərurət yaransa Azərbaycan öz qardaşlıq borcunu yerinə yetirəcək. Heç bir şübhə yoxdur ki, dövlət başçıları bu məsələdə dil tapacaqlar”-səfir deyib. Geri qayıt |