Əsas Səhifə > Dünya > Kuba Venesuela böhranının həllində öz köməyini təklif edib

Kuba Venesuela böhranının həllində öz köməyini təklif edib


7-05-2019, 08:56
Kuba Venesuela böhranının həllində öz köməyini təklif edib
Venesuela prezidenti Nikolas Maduro tərəfindən müraciət olunarsa, Kuba dövləti bu ölkədə baş qaldıran siyasi böhranın nizamlanması üçün köməklik göstərməyə hazırdır.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ XİN-in Kuba departamentinin direktoru Karlos Fernandes de Kossio “Bloomberg”ə müsahibəsində deyib.

Qeyd edək ki, Lima Qrupu ölkələri (Kanada, Argentina, Braziliya, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Meksika, Panama, Paraqvay, Peru və Çili) bir neçə gün əvvəl Venesuelanın müttəfiqi kimi Kubanın böhranın həllinə cəlb olunmasını doğru hesab etdiklərini açıqlayıblar.

“Biz köməyə hazırıq. Ancaq bunu nə Kuba, nə də Lima Qrupu müəyyən etməlidir. Müəyyən edəcək şəxs Venesuela lideridir”, - deyə Fernandes de Kossio bildirib.

Geri qayıt