Əsas Səhifə > Dünya > Moqerini Venesuelaya hərbi müdaxiləyə qarşı çıxıb

Moqerini Venesuelaya hərbi müdaxiləyə qarşı çıxıb


7-05-2019, 09:57
Moqerini Venesuelaya hərbi müdaxiləyə qarşı çıxıb
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini beynəlxalq ictimaiyyəti Venesuelaya hərbi müdaxilə olmadan, dialoq üçün çıxış yolu tapmağa çağırıb. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Beynəlxalq ictimaiyyətin öhdəliyi var və həll (Venesuelada vəziyyət) axtarışına görə məsuliyyət daşıyır. Hər hansı hərbi müdaxilə olmadan, ancaq siyasi yollarla problemdən çıxış yolu tapılmalıdır",-deyə Avropa İttifaqı diplomatiyasının rəhbəri vurğulayıb.

Buna qədər Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Mayk Pompeo ilə görüşün yekunlarına dair bildirib ki, Latın Amerikası ölkəsindəki problemin hərbi yolla həlli tərəfdarlarını görmür.

Bolivar Respublikasının XİN rəhbəri Xorxe Arreasa bəyabn edib ki, Venesuela mümkün hərbi müdaxiləyə cavab verməyə hazırdır.

Geri qayıt