Əsas Səhifə > Dünya > Venesuelanın 40 hərbçisi Kolumbiya ilə sərhədi pozub
Venesuelanın 40 hərbçisi Kolumbiya ilə sərhədi pozub8-05-2019, 08:30 |
Venesuela ordusunun 40 hərbi qulluqçusunun Kolumbiya ilə sərhədi pozduğu bildirilir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb. Məlumata görə, hadisə Puerto-Santander (şərqi Norte-de-Santander departamenti) bələdiyyəsi ərazisində olub. Yerli sakinlər bildiriblər ki, Venesuela Silahlı Qüvvələrinin təxminən 40 hərbçisi La-Çinita ərazisində sərhədi keçib. Kolumbiya ordusunun 30-cu briqadası buna cavab olaraq ölkələr arasında sərhəd xəttinin pozulduğu güman edilən ərazisinə göndərilib. Hazırda Kolumbiyanın hakimiyyət orqanları dövlət sərhədinin pozulması faktını araşdırır. Bildirilir ki, yaxın vaxtlarda ölkənin Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış edəcək. Daha əvvəl Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez bildirib ki, Venesuela Silahlı Qüvvələri bütövlüklə konstitusiyanın və qanuni hakimiyyətin tərəfində qalır. Geri qayıt |