Əsas Səhifə > Dünya > Tramp: "ABŞ Çinlə ticarət münasibətlərində olmaq istədiyi yerdədir"
Tramp: "ABŞ Çinlə ticarət münasibətlərində olmaq istədiyi yerdədir"13-05-2019, 08:07 |
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Pekinə qarşı tətbiq etdiyi on milyardlarla dollarlıq rüsumu götürmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb. O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları Çinə iqtisadi münasibətdə bu ölkənin məhsullarına qoyulmuş rüsumları artıraraq Pekinlə olmaq istədiyi vəziyyətdədir. "Biz Çinlə olmaq istədiyimiz yerdəyik. Xatırlayın, onlar bizimlə razılaşmanı pozdular və şərtləri təkrar gözdən keçirməyə çalışdılar. Biz Çindən on milyardlarla dollar rüsumları götürəcəyik. Məhsulların ixracatçıları özləri malları ABŞ-da istehsal edə və ya onu ölkələrdən idxal edə bilərlər, hansılar ki, vergi rüsumları qoyulmur", - deyə prezident yazıb. Trampın sözlərinə görə, Vaşinqton Pekindən alınmış vəsaitləri kənd təsərrüfatının inkişafına yönəldəcək. Hansı ki, onun məhsullarının bir hissəsi "aclıq çəkən" ölkələrə paylanacaq. Xatırladaq ki, mayın 9-10-da Vaşinqtonda Çin-Amerika ticarət danışıqlarının 11-ci raundu başa çatıb. Daha əvvəl ABŞ Prezidenti təxminən 300 milyard dollarlıq Çin mallarına illik idxal rüsumlarının artırılmasını tapşırıb. Geri qayıt |