Əsas Səhifə > Dünya > ABŞ Türkiyəni S-400 almağı təxirə salmağa çağırıb
ABŞ Türkiyəni S-400 almağı təxirə salmağa çağırıb14-05-2019, 08:27 |
ABŞ Türkiyəyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını təxirə salmağı təklif edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda Ankara Vaşinqtonun yeni təklifini nəzərdən keçirir. Bildirilir ki, ABŞ Türkiyəni S-400 almağı 2020-ci ilə qədər təxirə salmağa çağırıb. Bununla yanaşı, ABŞ-da hesab edirlər ki, bu qərar gərginliyin azaldılmasına kömək edəcək. Geri qayıt |