Əsas Səhifə > Dünya > ABŞ hökuməti Venesuelanın səfirlik binasını boşaltmaq istəyir

ABŞ hökuməti Venesuelanın səfirlik binasını boşaltmaq istəyir


15-05-2019, 11:48
ABŞ hökuməti Venesuelanın səfirlik binasını boşaltmaq istəyir
ABŞ hökuməti Venesuelanın Vaşinqton səfirliyində təxliyə əməliyyatı keçirməyə təşəbbüs edib.

SalamNews xəbər verir ki, artıq bir müddətdir ABŞ-ın Venesuelanın daxili işlərinə müdaxiləsinə etiraz edən aktivistlər səfirlik binasında qalır.

Qeyd edilir ki, səfirlik özünü"müvəqqəti prezident" elan edən Xuan Quaydonun rəhbəlik etdiyi Venesuela Milli Assambleyasına tabedir.

ABŞ Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətini tanımır, bu səbəbdən də onun tərəfdarlarının səfirlikdə qalması qeyri-qanuni sayılır.

Dövlət Departamentinin məlumatına görə, Quaydo tərəfindən Venesuelanın ABŞ səfiri təyin edilən Karlos Vekko ilk öncə səfirlik binasındakıları təxliyyə etməyi tələb etsə də daha sonra fəalların könüllü olaraq səfirlikdən çıxmasını istəyib.

Geri qayıt