Əsas Səhifə > Dünya > Maduro erkən parlament seçkiləri keçirilməsini təklif edib
Maduro erkən parlament seçkiləri keçirilməsini təklif edib21-05-2019, 08:24 |
Venesuela prezidenti Nikolas Maduro 2020-ci ilin sonlarında planlaşdırılan erkən parlament seçkiləri keçirilməsini təklif edib. ONA “Reuters”ə istinadən xəbər verir ki, hazırda parlamentə müxalifət nəzarət edir. “Biz seçkilərə gedəcəyik, biz milli assambleyada erkən seçkilər keçirəcəyik”, - prezident belə deyib. Ölkədə əvvəlki parlament seçkiləri 2015-ci ildə keçirilib. Bu ilin yanvarından isə prezidentə qarşı kütləvi aksiyalar baş qaldırıb. Geri qayıt |